Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toliklə Afaq üz-üzə gəldi

Toliklə Afaq üz-üzə gəldi

Tarix: 26 Aprel 2022 16:10

Prodüser-aparıcı Tolik (Tarix Əliyev) Afaq Gəncəli və Tural Əsədovun aparıcılıq etdiyi "Səhər Mərkəzi" proqramının fəaliyyətini tənqid edib.  

Milli.Az olay-a istinadən xəbər verir ki, o, instaqramda açıqlama yayaraq qarşı tərəfin "Tarixin bir günü" verilişinin mövzularına toxunduğunu, lakin istinad vermədiklərini qeyd edib:

"Mən heç kimin verilişindən mövzu götürüb qonaqlarıma sual vermirəm. Proqramım proqramınızdan, sponsorlarım sponsorlarınızdan artıqdır.  Qoşa aparıcılar var, amma veriliş başdan ayağa "şparqalka"lardan ibarətdir.  Reytinqiniz kanallar arasında hamıya bəllidir.  Canım Afaq (aparıcı Afaq Gəncəli- red), bilirsən ki, xətrin əzizdir.  Amma "naftalin" redaktoruna de ki, mən onun üçün o biriləri deyiləm. Proqramımdan çıxan xəbərlərlə öz proqramınızı doldurursuzsa, istinad verin".

Milli.Az


Etiketlər:  Toliklə Afaq üzə gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ