Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2022 18:35
"Yakamoz S-245" serialının çəkiliş meydançasında qalmaqal yaşanıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, iddiaların yaranmasına səbəb ekran işinin baş rollarından birini canlandıran aktrisa Özge Özpirincinin layihə ilə bağlı yeməyə qatılmaması səbəb olub.
Bildirilib ki, buna səbəb serialın prodüseri Onur Güvenatamın çəkiliş meydançasında baş verən hadisəyə görə Özgeni məhkəməyə verməsi olub. Şayiələrə görə, Özge çəkiliş zamanı ciddi problem yaradır: çəkilişlər uzanır, yarımçıq qalır, səhnələri planlaşdırılan gündə və yerdə çəkmək olmur.
Bütün bunların fonunda Onurla Özge ortaq yol tapa bilməyib. Nəticədə Onur aktrisanı məhkəməyə verib.
Qeyd edək ki, serialın baş rolunu Kıvanç Tatlıtuğ canlandırır. Ekran işi "Netflix"də yayımlanır.