Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2022 20:32
Gürcüstan Ombudsmanı yanında yaradılmış həkimlər şurasının üzvü Otar Toidze keçmiş prezident Mixail Saakaşvilinin vəziyyətini əlilliyə yaxın adlandırıb.
"Biz demişik ki, proses getdikcə xəstəni hələlik əlilliyə, sonra isə ola bilsin ki, ölümə aparacaq. İndi biz o nöqtəyə yaxınlaşmışıq".
Sonxeber.net-ın lent.az-a istinadla məlumatına görə, həkim deyib ki, vaxt azdır, siyasətçinin təcili olaraq xaricdə müalicəyə ehtiyacı var.
"Doğrudanmı ölmüş prezidenti göstərməliyik ki, əhali onun vəziyyətinə inansın?".
Qeyd edək ki, 2021-ci ilin payızında Saakaşvili səkkiz illik mühacirətdən sonra kütləvi etirazlarda iştirak etmək üçün Gürcüstana qayıdıb.
Əvvəllər vətənində bankirin qətli və deputatın döyülməsi işi üzrə qiyabi olaraq 6 il həbs cəzası alıb.
Hazırda o, sərhədi qanunsuz keçməkdə, dövlət vəsaitini mənimsəməkdə və 2007-ci ildə müxalifətin mitinqini dağıtmaqda ittiham olunur. Saakaşvili həbsdə olarkən 50 gün aclıq aksiyası keçirib.