Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2022 23:32
Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin (SAM) ikinci alayının alınması imkanını nəzərdən keçirir.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə ölkənin müdafiə sənayesi departamentinin rəhbəri İsmayıl Dəmir bildirib.
"Rusiya ilə müqavilə imzalandığı andan planlaşdırılan ikinci S-400 alayının alınması ilə bağlı danışıqlar davam edir", - müdafiə rəsmisi deyib.
Qeyd edək ki, 2020-ci ilin avqustunda Rusiya və Türkiyə arasında S-400 "Triumf" zenit raket sistemlərinin ikinci komplektinin (alayının) tədarükünə dair müqavilə imzalanıb.
Rusiya və Türkiyə 2017-ci ildə S-400 hava hücumundan müdafiə sisteminin dörd divizionunun tədarükü üçün 2,5 milyard ABŞ dolları məbləğində müqavilə imzalayıb, Türkiyə tərəfinə tədarüklər 2019-cu ilin yay və payız aylarında həyata keçirilib.