Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2022 07:22
Rusiyanın hücumu nəticəsində Ukraynada ölən mülki şəxslərin sayı açıqlanıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə BMT yeni məlumat paylaşıb.
Məlumata görə, fervralın 24-dən aprelin 25-dək 2729 dinc sakin ölüb. Bunlardan 201-i uşaqdır.
Həmçinin, 299-u uşaq olmaqla 3111 nəfər xəsarət alıb. Həlak olanların əksəriyyəti mərmi və hava zərbələri nəticəsində dünyasını dəyişib.
BMT qeyd edir ki, real itkilər daha çoxdur, çünki işğal olunmuş ərazilərdə qurbanların dəqiq sayını müəyyən etmək mümkün deyil.