Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2022 08:10
BMT Baş Assambleyası Təhlükəsizlik Şurasının 5 üzvünün veto hüququndan istifadəni əsaslandırmasını tələb edən edən qətnamə qəbul edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Lixtenşteynin təklif etdiyi layihə TŞ-nin veto hüququna malik 5 üzvünə - ABŞ, Rusiya, Çin, Birləşmiş Krallıq və Fransaya şamil edilir.
BMT-nin baş katibi Antonio Quterreş də Rusiyaya səfəri zamanı məsələyə münasibət bildirib. Baş katib bildirib ki, veto hüququndan yerində istifadənin tərəfdarıdır: "Veto hüququ həddən artıq çox istifadə edilib. Bir çox hallarda isə ondan istifadə vacib əhəmiyyət kəsb etməyib".
Veto hüququndan istifadəni məhdudlaşdıran layihəni 2 il əvvəl Lixtenşteyn təklif edib.
Statistikaya görə indiyədək veto hüququndan indiyədək ən çox Rusiya istifadə edib (143 dəfə). Növbəti yerlərdə ABŞ (86), Birləşmiş Krallıq (30), Çin və Fransa (hər biri 18 dəfə) gəlir.