Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2022 11:50
Rusiya ordusu Odessa vilayətinin Dnestr limanından keçən avtomobil-dəmir yolu körpüsünə ikinci dəfə raket zərbələri endirib.
Sonxeber.net bildirir ki, bu barədə "Ukrzaliznitsa" ASC-nin İdarə Heyətinin sədri Aleksandr Kamışin Telegram-da yazıb.
"Bu gün səhər saat 6:45-də Odessa vilayətində Dnestr çayı üzərindən keçən körpüyə təkrar raket atəşi olub. Xəsarət alan dəmiryolçu yoxdur. İnfrastrukturun zədələnməsinin dərəcəsini əməliyyat başa çatdıqdan sonra müəyyən edə biləcəyik", - məlumatda deyilir.
Aslan Məmmədov