Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kirkorov və Polinaya qadağa

Kirkorov və Polinaya qadağa

Tarix: 27 Aprel 2022 17:50

Estoniya hökuməti Ukraynadakı xüsusi əməliyyata dəstək verən rus sənətçilərinə beş il müddətinə ölkəyə giriş qadağası tətbiq edib.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qadağa bu il Tallində konsertlərlə çıxış etməli olan Filip Kirkorov və Polina Qaqarinaya aid olunub.

"Filip Kirkorovun 2022-ci il aprelin 22-dən 2027-ci ilin aprelinə qədər Estoniyaya girişi qadağan edilib. Kirkorovun konserti mayın 27-də Tallinndə keçirilməli idi. Sentyabrın 23-də konserti planlaşdırılan müğənni Polina Qaqarinanın da ölkəyə girişinə 5 il qadağa qoyulub. Bu sənətçilər Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəkləyiblər",- deyə qeyd olunub.


Etiketlər:  Kirkorov Polinaya qadağa


RƏYLƏR