Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əməkdar artistin evini soyanlar tapılmadan polis işə xitam verib

Əməkdar artistin evini soyanlar tapılmadan polis işə xitam verib

Tarix: 27 Aprel 2022 21:30

Əməkdar artist Elnur Kərimovun bir neçə il əvvəl evindən oğurluq edənlər hələ də tapılmayıb.

Sonxeber.net xəbər verir ki, bu haqda axşam.az-a açıqlama verən aktyor bildirib ki, işə xitam verilib. O bildirib ki, heç avtomobilini soyanlar da araşdırılmayıb:

"Mənə məktub yazıldı ki, sizdə baş verən oğurluq hadisəsi cinayyət tərkibli olmadığı üçün işin gedişatına xitam verilib. Oğurluq hadisəsi cinayyət işi hesab edilmir. Bilmədim nə dərəcədə düzgündür".

Qeyd edək ki, 2018-ci ildə Elnurun evini soyub, bəzi əşyalarını götürmüşdülər. 2020-ci ildə isə onun avtomobilinin şüşələrini sındırıb, xeyli ziyan vurmuşdular.


Etiketlər:  Əməkdar artistin evini soyanlar tapılmadan polis işə xitam verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ