Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2022 08:10
Yaponiyanın Baş naziri Fumio Kişida aprelin 29-dan mayın 6-dək İndoneziya, Vyetnam, Tayland, İtaliya və Böyük Britaniyaya səfər edəcək.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.
Baş nazir aprelin 29-dan mayın 6-dək İndoneziya, Vyetnam, Tayland, İtaliya və Böyük Britaniyaya səfər edəcək",- deyə baş katib bildirib.
Aprelin 26-da "Kyodo" agentliyi Kişidanın xaricə səyahət etmək niyyəti barədə məlumat yayıb.
Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, xarici işlər naziri Yoşimasa Hayaşi də səfərə gedəcək.
O, aprelin 28-dən mayın 2-dək Qazaxıstan, Özbəkistan və Monqolustanda, mayın 6-dan 8-dək isə Sakit okeanın ada dövlətləri Fici və Palauda olacaq.