Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycanı nüvə bombası ilə hədələyir. Bilirsiniz niyə?'' - Erkin Qədirli

''Azərbaycanı nüvə bombası ilə hədələyir. Bilirsiniz niyə?''  - Erkin Qədirli

Tarix: 28 Aprel 2022 10:45

"Ukrayna ərazisində müxtəlif beynəlxalq cinayətlər törədilir. Bəşəriyyətə qarşı cinayətlər, müharibə cinayətləri - Buça, İrpen və digər yerlərdən gələn xəbərlərə əsaslanaraq, bu cinayətlərin bəzilərinin soyqırım xarakterli olduğuna inanmaq üçün əsasların olduğunu söyləsək haqlı olarıq. Ancaq bütün bunlardan əlavə, xüsusi diqqətə layiq olan bir cinayət var və bu təcavüz cinayətidir".

Sonxeber.net bildirir ki, millət vəkili Erkin Qədirli AŞPA-nın iclasındakı çıxışında belə deyib.

Onun sözlərinə görə, beynəlxalq cinayətlər iki kateqoriyaya bölünür - beynəlxalq hüquqa görə cinayətlər və beynəlxalq hüquqa qarşı cinayətlər: "Beynəlxalq cinayətlərin böyük əksəriyyəti birinci qrupa aiddir. Bunlar müvafiq beynəlxalq müqavilələrlə təsbit edilir - terrorizm, müəyyən silahların qanunsuz istifadəsi, insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi və s. Bunlar beynəlxalq hüquqa görə cinayətlərdir".

"Təcavüz isə özünəməxsus cinayətdir. Bu, beynəlxalq hüquqa görə deyil, beynəlxalq hüquqa qarşı cinayətdir. O, beynəlxalq hüququn hüquqi fenomen kimi fundamental inkarına əsaslanır. Biri var ki, kimsə beynəlxalq hüququn səmərəsizliyindən məyus olur və biz hamımız beynəlxalq hüququn mükəmməllikdən uzaq olduğunu, əslində çox zəif olduğunu, çox vaxt güclü dövlətlər tərəfindən sui-istifadə edildiyini bilirik. Ancaq beynəlxalq hüququn hüquqi təbiətinin inkar edilməsi tam başqadır.

Rus dilində "beznakazannostğ" sözü var. İngilis dilinə "cəzasızlıq" kimi tərcümə olunur. Düzgün tərcümədir, lakin burada mənanın bir hissəsi itir. Cəzasızlıq o deməkdir ki, ya qanunla nəzərdə tutulmuş cəza yoxdur, ya da qanunla nəzərdə tutulmuş cəza var, lakin kimsə ondan qaça bilir və ya hər hansısa səbəbə görə cəzadan kənar qalır. Ayrıca olaraq, rus dilindəki "beznakazannostğ" sözü isə, hər hansı bir cəzanın prinsipcə ola bilməməsi anlamına gəlir. İstər qanunda, istər əxlaqda və hətta ictimai rəydə.

Buna görə də biz rus siyasətçilərindən tez-tez "Varşavanı bombalayacağıq", "tanklarımız yenidən Praqada olacaq", "Berlin bizə yalvaracaq", "Baltik ölkələri saxtadır", "Ukrayna heç vaxt mövcud olmayıb" və s. eşidirik. Onlardan biri, Rusiya federal parlamentinin aşağı palatasının, dövlət dumasının deputatı Mixail Delyagin, daha da irəliyə gedərək, "Rusiya Azərbaycana qarşı taktiki nüvə silahından istifadə edə bilər" və hətta "istifadə etməlidir" deyib. Bilirsiniz niyə? Çünki Azərbaycan Ukraynaya humanitar yardım edir. Bu sözlər bu qədər asan başa gəlməməlidir. Biz beynəlxalq hüququn, onun hüquqi təbiətinin inkar edildiyi mərhələdəyik", - E.Qədirli deyib.


Etiketlər:  Azərbaycanı nüvə bombası ilə hədələyir Bilirsiniz niyə Erkin Qədirli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ