Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Son sutkada koronavirusdan 1 nəfər ölüb

Son sutkada koronavirusdan 1 nəfər ölüb

Tarix: 28 Aprel 2022 16:38

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 792 545 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 728 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 108 nəfərdir.

Ölkədə son sutka ərzində 3 088 , hazırkı dövrədək isə 6 808 651 test aparılıb.

Milli.Az


Etiketlər:  Son sutkada koronavirusdan 1 nəfər ölüb


RƏYLƏR