Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putinin məşhur masasından cəmi 1 ədəd var: Qiyməti... - FOTO

Putinin məşhur masasından cəmi 1 ədəd var: Qiyməti... - FOTO

Tarix: 28 Aprel 2022 18:54

Rusiya Prezidenti Vladimir Putinin dünya liderlərini qəbul edərkən istifadə etdiyi uzun masa barədə maraqlı detallar üzə çıxıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, İtaliyanın "Corriere" qəzetinin araşdırmasına görə,masa 25 il əvvəl hazırlanıb. Uzunluğu 5 metrə çatan masanın qiyməti 106 min dollardır. Maraqlıdır ki, bu masadan cəmi bir ədəd hazırlanıb.

Qeyd edək ki, Putin ilk dəfə fransız həmkarı Emmanuel Makronu daha sonra BMT-nin Baş katibi Antonio Quttereşi həmin masada qəbul etmişdi. Kreml bunu pandemiya şərtləri ilə əlaqələndirmişdi. Ekspertlər isə bildirib ki, Putin bu addımı ilə Qərb liderlərə güvənmədiyini, onları hədələdiyini nümayiş etdirmək istəyib.

Milli.Az


Etiketlər:  Putinin məşhur masasından cəmi ədəd Qiyməti FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ