Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2022 10:45
"Moskvada konsert vermək çətindir. düzdür, Azərbaycanda da çətindir, amma Rusiyada bunu ona vurun".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Həmin Zaur" proqramında deyib. Muğam ifaçısı Moskvada verdiyi konsertə bütün pullarını xərclədiyini söyləyib:
"Sponsor özüm oldum. Bütün maddi gücümü həmin konsertə qoydum, pulumu ora xərclədim. Bircə nəfər mənə yardım etdi, o da maddi yox. Musiqiçiləri otelə yerləşdirdi. Qələbə konserti idi. Deyirdim ki, ilk qələbə konsertini özüm edəcəm. Pandemiyadan sonra heç Moskvada konsert olmamışdı. Bütün pulumu orada xərclədim".