Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maştağada silahlı insident - Polis maşını zədələndi

Maştağada silahlı insident - Polis maşını zədələndi

Tarix: 29 Aprel 2022 11:30

Aprelin 29-na keçən gecə saat 02.50 radələlərində Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə Maştağa qəsəbəsində yerləşən kafelərin birində münaqişə olması barədə daxil olmuş məlumat əsasında polis əməkdaşları hadisə yerinə gediblər.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, orada kafeni işlədən Ləman Heydərova Teymur adlı şəxsin sərxoş vəziyyətdə bıçaqla onları hədələyərək 1000 manat pul tələb etdiyini, kafenin şüşələrini sındırdığını, işçilərdən birinə bıçaqla xəsarət yetirərək oranı tərk etdiyini bildirib.

Dərhal həmin şəxsin saxlanılması üçün axtarış tədbirlərinə başlanılıb, qısa zaman ərzində onun yeri aşkar edilib. Polis əməkdaşları ona yaxınlaşdıqda həmin şəxs bıçaqla onlara hücum edib xəsarət yetirməyə cəhd göstərərkən xidməti avtopatrul maşınını zədələyib.

Belə olduqda polis əməkdaşları tabel silahından havaya 2 dəfə xəbərdarlıq atəşi açmışdır.Buna baxmayaraq o, silahlı müqavimətini davam etdirdiyindən polis onun ayaq nahiyəsinə atəş açıb zərərsizləşdirərək yaxalamışdır.

Milli.Az


Etiketlər:  Maştağada silahlı insident Polis maşını zədələndi


RƏYLƏR