Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qocaldım” - Zelenski prezident olmaq qərarına münasibət bildirdi

“Qocaldım” - Zelenski prezident olmaq qərarına münasibət bildirdi

Tarix: 29 Aprel 2022 14:46

Vladimir Zelenski üç il əvvəl prezidentliyə namizədliyini irəli sürərkən etdiyi seçimdən peşman deyil.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə "Time" nəşri yazır.

Jurnalist qeyd edib ki, Zelenski zahirən çox dəyişib. Üzündə yeni qırışlar əmələ gəlib və o, sualın cavabını düşünərək artıq məsləhətçilərini axtarmır.

"Mən yaşlandım. Heç vaxt istəmədiyim bu müdriklik məni qocaltdı", - Zelenski deyib.

Jurnalist Zelenskinin üç il əvvəl prezidentliyə namizəd olmaq üçün etdiyi seçimdən peşman olub-olmadığını soruşub. "Əsla peşman deyiləm", - deyə Zelenski cavab verdi.

"O, müharibənin necə bitəcəyini və tarixdə onun yerinin necə qalacağını bilmir. İndi o, yalnız onu bilir ki, Ukraynaya müharibə dövründə prezident lazımdır. Və bu, onun oynamaq niyyətində olduğu roldur", - yazının müəllifi yekunlaşdırıb.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Qocaldım Zelenski prezident olmaq qərarına münasibət bildirdi


RƏYLƏR