Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İşəgötürənlərin nəzərinə: 25 min manat cərimə oluna bilərsiniz - VİDEO

İşəgötürənlərin nəzərinə: 25 min manat cərimə oluna bilərsiniz - VİDEO

Tarix: 29 Aprel 2022 19:56

Bu gün Azərbaycanda ümumiməşğul əhalinin cəmi 35 faizinin əmək müqaviləsi var.Yəni ölkədə əmək qanunvericiliyinin tələblərinə uyğun işləyənlərin sayı 1 milyon 700 min nəfərdir. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hüquqşünas Samir Qasımov deyir ki, əmək müqaviləsi ilk növbədə işçinin hüquqularını qoruyur. Odur ki, hərkəsin işə götürülərkən bu hüquqdan istifadə etmək haqqı var. 

Dövlət Əmək Müfəttişliyinin xidmətinin məsləhətçi Rəşad Cəbrayılov da bildirir ki, şəxs işə götürülərkən onunla əmək qanunvericiliyinin tələblərinə uyğun müqavilə bağlanmalıdır.

Rəşad Cəbrayılov ödənişsiz təcrübə müddəti keçib, daha sonar müqavilənin bağlanması məsələsinə də aydınlıq gətirib.

Yəni, qanun əmək müqaviləsi bağlanmadan şəxsin əməyindən istifadəni qadağan edir. Elə vətəndaşlar da çalışırlar ki, işlədiyi müəssisə ilə rəsmi müqavilə bağlasınlar. Ancaq bugün xidməti müqavilələrlə də işləyənlərə rast gəlinir. 

Qeyd edək ki, əmək müqaviləsi bağlanmadan şəxsin işə götürülməsinə görə qanunda fiziki şəxslər üçün 1000 manatdan 2000 manata qədər,vəzifəli şəxslər üçün 3000 manatdan 5000 manata qədər, hüquqi şəxslər üçün isə20000 manatdan 25 000 manata qədər cərimə nəzərdə tutulub.

Milli.Az


Etiketlər:  İşəgötürənlərin nəzərinə manat cərimə oluna bilərsiniz VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ