Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2022 03:45
Bir müddət əvvəl hamilə dünya pop ulduzu Rihanna ilə Asap Rokinin ayrıldığı və repçinin "qarnı burnunda" sevgilisini dizayner Əminə Muaddi ilə (Ririnin geyindiyi ayaqqabılarının dizayneri) aldadılması xəbərləri yayılsada, sonradan dezinformasiya olduğu açıqlanmışdı.
Barbados gözəlinin sevgilisinin xəyanəti ilə bağlı növbəti ciddi dəlillər üzə çıxıb.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, Cilli O Donnell adlı 45 yaşlı britaniyalı qadın ASAP Rokkinin "Instagram"da ona "səmimi" mesajlar göndərdiyini iddia edib.
O Donnellin sözlərinə görə, onunla 33 yaşlı Rokki arasında olduğu iddia edilən ünsiyyət 2021-ci ilin dekabrında başlayıb və keçən aya qədər davam edib.
ASAP Rokki Rusiya hərbi əməliyyata başlamazdan aylar əvvəl onu Ukraynaya dəvət edib. Repçinin yazdığı iddia edilən mesajda belə deyilir:
"Yoruldum, mənimlə Ukraynaya görüşə gələcəksən? Gəlsəm, ora çatanda sənin də gəlməyini təşkil edə bilərəm".
Britaniyalı qadın isə "Mən Ukraynaya gedə bilmirəm, keçən ilki karantindən sonra Milad bayramını belə qeyd edə bilmirəm. Bura gəlməlisən. Ukrayna dondurucu səslənir" - deyə cavab verib.
İdman zalında çəkdirdiyi selfi və bikinili fotolarını "Instagram" hesabında tez-tez paylaşan O'Donnell iddia edir ki, 14,7 milyon izləyicisi olan ASAP Rokkinin cəmi 1500 izləyicisi olduğu halda ona niyə mesaj göndərdiyi barədə heç bir fikri yoxdur.