Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Niderland Ukraynaya ekspert qrupu göndərir

Niderland Ukraynaya ekspert qrupu göndərir

Tarix: 30 Aprel 2022 08:32

Niderland hərbi cinayətləri araşdırmaq üçün Ukraynaya 30-a yaxın mütəxəssis göndərəcək.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Niderland hökumətinin yaydığı məlumatda deyilir.

Komandaya hərbi polis müstəntiqləri, məhkəmə-tibb ekspertləri, partlayıcı maddələr üzrə mütəxəssislər, tibb işçiləri və tərcüməçi daxildir.

"İstintaq qrupu mayın əvvəlində işə başlayacaq və ilkin olaraq iki həftə müddətinə yerləşdiriləcək. Onlar öz işlərini Kiyev ətrafında müxtəlif yerlərdə aparacaqlar", - hökumət qeyd edib.

Mütəxəssislər Beynəlxalq Cinayət Məhkəməsinin bayrağı altında fəaliyyət göstərəcək və alınan bütün məlumatları bu quruma ötürəcək.

Milli.Az


Etiketlər:  Niderland Ukraynaya ekspert qrupu göndərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ