Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2022 13:32
"Azərbaycn Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu xətt ilə ilk dəfə Hövsan limanına yük çatdırıb.
Bu barədə Sonxeber.net-a ASCO-dan məlumat verilib.
Məlumata görə, yük ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus "Maestro Niyazi" quru yük gəmisi ilə daşınıb, Qazaxıstanın Aktau limanından gələn gəmidə 140 ədəd 20 futluq TEU konteyner olub.
Hazırda Hövsan limanının 6-cı körpüsündə konteynerlər boşaldılır.