Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gün boyu özünüzü yorğun hiss edirsinizsə, bunları yeyin

Gün boyu özünüzü yorğun hiss edirsinizsə, bunları yeyin

Tarix: 1 May 2022 14:00

Gündəlik həyata mənfi təsir edən yorğunluq hissi bir çox səbəbdən yarana bilər. Qida çatışmazlığı, yuxusuzluq, depressiya, qan azlığı bunlardan yalnız bir neçəsidir.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, yorğunluq əsasən C vitamini azlığından və buna bağlı olaraq bədəndə dəmirin yaxşı mənimsənilməsidir. Bu səbəbdən hər səhər portağal, qreypfrut və ya suya sıxılmış limon C vitamininə olan tələbatınızı ödəməyə imkan verəcək.

D vitamini də bu mövzuda vacibdir. Onun azlığı yorğunluğa və depressiyaya səbəb olur. Günəş şüası və yağlı balıqlar, digər dəniz məhsulları istehlak etmək sizə bu problemi həll etməkdə yardımçı olacaq.

Maqnezium çatışmazlığından qaynaqlanan yorğunluq hissi üçünsə, kakaolu tünd şokolad əvəzsizdir. Qurudulmuş meyvələr də yeyə bilərsiniz.

Milli.Az


Etiketlər:  Gün boyu özünüzü yorğun hiss edirsinizsə bunları yeyin


RƏYLƏR