Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya hərbçiləri Xerson vilayətində deputatı qaçırıblar

Rusiya hərbçiləri Xerson vilayətində deputatı qaçırıblar

Tarix: 1 May 2022 18:22

Rusiya hərbçiləri UKraynanın Xerson vilayətində Novokaxovka şəhər sovetinin deputatı İqor Protokovilonu qaçırıblar.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Kaxovka şəhər ərazi icması öz feysbuk səhifəsində məlumat yayıb.

"Aprelin 19-da Nova Kaxovka sakini, Novokaxovka Şəhər Sovetinin deputatı Protokovilo İqor Anatolyeviç Rusiya hərbçiləri tərəfindən öz evindən aparılıb", - məlumatda bildirilir.

Qeyd olunur ki, hələlik Protokovilonun yeri məlum deyil.

Xatırladaq ki, aprelin 30-da Xerson vilayətinin Kaxovka şəhərində Rusiya hərbçiləri məktəbin direktoru Viktor Pendalçuku evdən aparıblar. Onun da harada olduğu bilinmir.


Etiketlər:  Rusiya hərbçiləri Xerson vilayətində deputatı qaçırıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ