Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2022 20:40
"Braziliya prezidenti Jair Bolsonaro Ukraynadakı vəziyyəti həll etmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla bir sıra dövlətlərin liderlərinin Rusiyaya səfərini təşkil etməyə hazır olduğunu açıqlayıb".
Sonxeber.net "report"-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikası ölkələrinə turnesindən sonra bildirib.
"Venesuela Rusiya ilə yaxşı münasibətdədir. Həm Braziliya, həm də Venesuela bildiriblər ki, müharibə dayandırılmalıdır. Braziliya prezidenti bildirib ki, prezident Ərdoğan üçün faydalı olarsa, bir sıra ölkələrin liderləri ilə Moskvaya birgə səfər təşkil edə bilər.
Bu səylərə öz töhfəmizi vermək istədiyimizi bildirdik. Biz bu məsələnin üzərində işləyəcəyik və cavab verəcəyik", - XİN rəhbəri bildirib.