Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2019 21:20
"Sumqayıt"ın məşqçisi Elnur Çodarov Azərbaycan Premyer Liqasının 4-cü turunda evdə "Zirə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bildirib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, matç haqda bunları deyib:
"İlk yarıya pis başladıq. Bunun nəticəsi kimi qapımızda qol gördük. Ancaq tədricən toparlandıq və fasiləyədək hesabı bərabərləşdirdik. İkinci hissədə daha yaxşı oynadıq. “Zirə” kimi komandayla oyunda 2 dəfə 100 faizli imkanı qaçırırsansa, bunun acısını çəkirsən".