Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qubada “cəhənnəm körpüsü” - İnsanlar göz görə-görə həyatlarını təhlükəyə atırlar - VİDEO

Qubada “cəhənnəm körpüsü” - İnsanlar göz görə-görə həyatlarını təhlükəyə atırlar - VİDEO

Tarix: 2 May 2022 15:18

Çayın üzərində körpü var, amma necə deyərlər, olmasa ondan yaxşıdır. Çünki  bu körpüdən istifadə edənlər göz görə-görə həyatlarını təhlükəyə atırlar. Söhbət Qubanın Təngəaltı kəndini 2 yerə bölən çayın üzərindəki körpüdən gedir.  Kəndin yaşlısı var, uşağı var, xəstəsi var. Kadrlarda da görəcəksiz, belə bir vəziyyətdə olan körpüdən necə istifadə edəsən?

Kəndi iki yerə bölən çayın üzərindəki bu körpü real təhlükə saçır.  50-dək ailənin istifadə etdiyi taxta körpü hər an aşa və insan ölümünə səbəb ola bilər.

Bura Quba rayonunun Təngəaltı kəndidir.

200-ə yaxın sakin kəndin mərkəzinə gəlmək üçün hər gün həyatını riskə atır. Çünki üzərindən keçdikdə körpü yırğalanır. Amma yaşlı və uşaq demədən onlar bu riski gözə almağa məcburdurlar..

Bu körpünü də sakinlər özləri düzəldiblər.

Rayon icra hakimiyyətinin ərazi üzrə kənd icra nüməyəndəsi "Xəzər Xəbər"ə açıqlamasında qəzalı körpülərin bərpa olunacağını bildirdi.

Onu da qeyd edək ki, Təngəaltı rayonun turizm sarıdan əlverişli kəndlərindən biridir. Hər il bura minlərlə yerli və xarici turistlər gəlir.


Etiketlər:  Qubada cəhənnəm körpüsü İnsanlar göz görə görə həyatlarını təhlükəyə atırlar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ