Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pentaqon: “Valeri Gerasimov ötən həftə Ukraynada olub”

Pentaqon: “Valeri Gerasimov ötən həftə Ukraynada olub”

Tarix: 2 May 2022 20:52

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ötən həftə Ukraynada olub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə CNN-ə ABŞ Müdafiə nazirliyinin adı açıqlanmayan rəsmisi məlumat verib.

"Biz onun ötən həftə bir neçə gün üçün Donbasda olduğunu bilirik. Lakin onun hələ də orada olub-olmasını bilmirik", - deyə rəsmi bildirib.

Pentaqon rəsmisi ABŞ-ın rusiyalı generalın yeri ilə bağlı əminliyinin səbəbini açıqlamaqdan imtina edib.

Qeyd edək ki, ötən gün Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Ukrayna ərazisində, Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında yaralanması ilə bağlı xəbərlər paylaşılıb. 66 yaşlı generalın sağ ayağının yuxarı üçdə bir hissəsində sümük sınığı olmayan qəlpə yarası aldığı, lakin həyati təhlükəsi olmadığı bildirilib.


Etiketlər:  Pentaqon Valeri Gerasimov ötən həftə Ukraynada olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ