Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2022 21:30
Alimlər sübut edirlər ki, hətta 1 pors enerji içkisi ürək tutması və hətta ürək dayanmasına səbəb ola bilər. Saglamolun.az bildirir ki, Anatolian Journal of Cardiology jurnalında sərc olunmuş məqalədə bu haqda məlumat verilib.
Alimlərin sözlərinə görə, enerji içkiləri kofein maddəsi ilə olduqca zəngindir. Yüksək dozalarda kofein ürəkdə qan dövranını və ürək ritmini pozur ki, bu da hətta tam sağlam və cavan insanlarda ürək tutması ilə nəticələnə bilər.
Enerji içkilərə bitkilərdən alınan quarana maddəsi daxil edilir. Bu maddənin tərkibində olan kofein qəhvədə olduğundan 2 qat daha çoxdur.
Enerj içkilərə quaranadan əlavə jenşen və taurin də əlavə olunur ki, bu maddələr kofeinin orqanizmə olan ziyanlı təsirini daha da artırır.
Mütəxəssislər qeyd edir ki, ürək tutması, ürəyin ani dayanması ilk növbədə enerji içkiləri spirtli içkilərlə qarışdırıb içən insanlar arasında yayılıb.
Lakin spirtli içkiləri içməyən, lakin hər gün 1 və bundan artıq pors enerji içkilərini istehlak edən insanlarda ürək ritminin pozulması nəticəsində ürəyin ani dayanması inkişaf edə bilər.
Kardioloqlar ürəyini sağlam saxlamaq istəyənlərə enerji içkilərdən imtina etməyi çağırırlar.