Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibə ərzaq böhranı təhlükəsi yaradıb - Draqi

Müharibə ərzaq böhranı təhlükəsi yaradıb - Draqi

Tarix: 4 May 2022 05:16

Ukraynadakı münaqişə əmtəə və enerji qiymətlərinin qalxmasına səbəb olub, Afrika və Yaxın Şərqə təsir edə biləcək ərzaq böhranı təhlükəsi yaradıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu İtaliya Baş naziri Mario Draqi deyib.

"İqtisadi baxımdan münaqişə qlobal təchizat zəncirlərinin fəaliyyətində qeyri-sabitliyə, xammal və enerji qiymətlərində qeyri-sabitliyə səbəb olub. Müharibə və Rusiyanın Qara və Azov dənizləri limanlarına tətbiq etdiyi blokadaları səbəbindən Ukraynanın məhsul ixracı dağılıb. Ukrayna Avropa Birliyinin dördüncü ən böyük xarici ərzaq tədarükçüsüdür, dünya taxıl ixracının dörddə birindən çoxu Rusiya və Ukraynanın payına düşür", - Draqi bildirib.

Milli.Az


Etiketlər:  Müharibə ərzaq böhranı təhlükəsi yaradıb Draqi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ