Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2022 09:08
Böyük Britaniya Ukraynaya mühasirədə olan sakinlərin təxliyəsi üçün zirehli maşınlar verəcək.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bildirib.
Nazir Ukraynaya 13 zirehli maşının təhvil veriləcəyini açıqlayıb. Onlardan Ukraynanın şərqindəki mühasirədə olan şəhərlərdən insanların təxliyəsi üçün istifadə olunacaq.
Britaniyada qeyd edirlər ki, bu zirehli maşınlar yüksək sürətli güllələrə, piyada əleyhinə minalara və əldəqayırma partlayıcı qurğulara tab gətirə bilir.
Onlar, həmçinin vəzifəli şəxsləri müvəqqəti komanda məntəqələrinə daşımaq və işçilərə dəmiryol xətlərinin yenidən qurulmasına kömək etmək üçün istifadə olunacaq.
Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Ali Radasında çıxışı zamanı deyib ki, ölkəsi Ukraynaya 400 milyon dollarlıq yeni yardım paketi ayırıb.