Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2022 09:56
Prezident Vladimir Putin təcili əməliyyat olunarsa, yaxud başına bir iş gələrsə, Rusiyanın konstitusiyasına görə, onu Baş nazir Mixail Mişustin əvəzləməlidir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov deyib.
"Putini Patruşevin əvəz etməsi 100 faiz mümkün deyil. Rusiya hakimiyyət sisteminə görə, Patruşev heç kimdir", - deyə o bildirib.
Qeyd edək ki, Vladimir Putinin ağır xəstəlikdə əziyyət çəkdiyinə görə tezliklə əməliyyat olunacağı, onu bu postda Təhlükəsizlik Şurasının baş katibi Nikolay Patruşevin əvəz edəcəyi haqda məlumatlar yayılır.