Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki “Oskar”lı bəstəkar elektromobil üçün səslər “bəstələyib”

İki “Oskar”lı bəstəkar elektromobil üçün səslər “bəstələyib”

Tarix: 4 May 2022 16:10

"Kral Şir" və "Dyuna" filmlərinin soundtreklərinə görə iki dəfə "Oskar" mükafatı alan məşhur kino bəstəkarı Hans Zimmer "BMW i7" üçün səslər hazırlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, səs fonu bütün səyahət boyu elektomobil sahibini müşayiət edəcək. Səslər palitrası salamlama və istifadəyə hazır olma siqnalından tutmuş, sürücünün hərəkətlərinə və nəhəng 8K ekranla birləşən akustik mənzərəyə qədər hər şeyi əhatə edir. Elektromobil "Personal", "Sport", "Efficient", "Expressive" və "Relax" səs rejimlərinə malikdir. Bu rejimlər əlavə olaraq alətlər panelinin qrafikası və daxili işıqlandırma ilə əlaqələndirilib.

Milli.Az


Etiketlər:  İki Oskarlı bəstəkar elektromobil üçün səslər bəstələyib


RƏYLƏR