Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2022 20:26
Ukraynalıların 69%-i ruslara mənfi münasibət bəsləyir, müsbət münasibət bəsləyənlərin sayı il ərzində 3 dəfədən çox azalıb və hazırda cəmi 8% təşkil edir.
Sonxeber.net Ukrayna mətbuatına istinadən bildirir ki, bu haqda "Reytinq" Sosioloji Qrupunun aprelin 27-də keçirdiyi sorğunun nəticələrində deyilir.
"Son bir ildə Rusiya sakinlərinə münasibət xeyli pisləşib, eyni zamanda rusdilli ukraynalılara münasibət yaxşılaşıb", - məlumatda qeyd olunur.
Yalnız 22% Belarus sakinlərinə müsbət münasibət göstərir (göstərici il ərzində üç dəfə pisləşib), mənfi - 33%, neytral - 42%.
30%-i Ukraynada yaşayan ruslara müsbət yanaşır, 27%-i mənfi, 39%-i neytraldır.
Ukraynalılar ukraynadillilərə (95% - müsbət) və rusdillilərə (57% - müsbət, 30% - neytral, 13% - mənfi) ən yaxşı münasibət göstərirlər.
Aslan Məmmədov