Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Niderland Ukraynaya yeni silah tədarükünü nəzərdən keçirir

Niderland Ukraynaya yeni silah tədarükünü nəzərdən keçirir

Tarix: 5 May 2022 08:44

Niderland Ukraynaya əlavə ağır silahların çatdırılması məsələsini nəzərdən keçirir.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu ölkənin baş naziri Mark Rütte Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığında deyib.

Onun sözlərinə görə, Niderland Ukraynaya əlavə ağır silahlar vermək üçün Almaniya, Belçika və Böyük Britaniyaya qoşula biləcəyini qiymətləndirir.

Bundan əvvəl krallığın müdafiə naziri Kaysa Ollonqren Niderlandın Kiyevi zirehli transportyorlardan başlayaraq ağır hərbi texnika ilə təmin edəcəyini açıqlamışdı. Daha sonra o, ölkəsinin Almaniya ilə əməkdaşlıq edərək Ukraynanı özüyeriyən artilleriya qurğuları ilə təchiz etmək planlarından da danışıb.

Milli.Az


Etiketlər:  Niderland Ukraynaya yeni silah tədarükünü nəzərdən keçirir


RƏYLƏR