Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ardıcıl 3-cü dəfə Yunanıstan çempionu oldular

Ardıcıl 3-cü dəfə Yunanıstan çempionu oldular

Tarix: 5 May 2022 09:02

Yunanıstan Superliqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 30-cu turdan təxirə salınmış oyunda PAOK-a 2:1 hesabı ilə qalib gələn "Olimpiakos"  çempionluğunu rəsmiləşdirib.

Son 4 tur qalmış aktivində 76 xalı olan Pirey təmsilçisi ən yaxın izləyicisi PAOK-u 16 xal qabaqlayır. Bu isə komandanın çempionluğu üçün kifayət edir.

Qeyd edək ki, bu, "Olimpiakos"un ardıcıl 3-cü, ümumilikdə isə 47-ci çempionluğudur.


Etiketlər:  Ardıcıl dəfə Yunanıstan çempionu oldular


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ