Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2022 14:14
Azərbaycanın tanınmış politoloqu, professor Qabil Hüseynlinin səhhətində ciddi problemlər yaranıb.
Sonxeber.net bildirir ki, politoloqun "Report"a dediyinə görə, bir müddət əvvəl tənginəfəslik problemi yaşadığından xəstəxana şəraitində müalicə alıb.
"10 günlük müalicə müddətindən sonra səhhətimdə irəliləyişlər oldu. Çox şükür özümü əvvəlki kimi olmasa da, nisbətən yaxşı hiss edirəm. Səsim də batmışdı, artıq o da qaydasına düşür. Müəyyən qədər də öskürürdüm. Baxmayaraq ki, hər zaman idmanla məşğul olmuşam, sağlam həyat tərzi sürmüşəm. İndi özümü normal hiss edirəm və fəaliyyətimi davam etdirirəm"- deyə, 69 yaşlı poltoloq əlavə edib.