Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2022 14:38
ABŞ, NATO və Britaniyanın Ukraynaya təkcə silah deyil, həm də kəşfiyyat məlumatları ötürdüyü rusiyalı hərbçilərə məlumdur.
Bu xüsusi əməliyyatın tez başa çatmasına kömək etmir, lakin onun başa çatmasına mane olmayacaq.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Hərbçilərimiz yaxşı bilirlər ki, ABŞ, Böyük Britaniya və bütövlükdə NATO Ukrayna Silahlı Qüvvələrinə daimi əsasda kəşfiyyat məlumatları və digər parametrləri ötürür. Bu, hamıya məlumdur və əlbəttə ki, həmin ölkələrin və Alyasında Ukraynaya silah göndərməsi və bütün bu hərəkətləri xüsusi məliyyatın tez başa çatmasına töhfə vermir, eyni zamanda, xüsusi hərbi əməliyyat zamanı qarşıya qoyulan məqsədlərə nail olmağın qarşısını da ala bilmir", - deyə Kremlin rəsmi nümayəndəsi vurğulayıb.
Hər hansı xüsusi cavab tədbiri görülə bilərmi sualına Peskov "əlbəttə ki, Rusiya ordusu bu vəziyyətdə nə lazımdırsa edir" deyə cavab verib.