Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsmayıllıdan olan nümayəndə heyəti İsrailin Kiryat Bialik şəhərinə səfər edib

İsmayıllıdan olan nümayəndə heyəti İsrailin Kiryat Bialik şəhərinə səfər edib

Tarix: 6 May 2022 15:32

İsrailin Kiryat Bialik şəhərinin meri Eli Dukorskinin dəvəti ilə İsmayıllı rayonunun nümayəndə heyəti mayın 1-dən 5-dək bu ölkədə səfərdə olub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, səfərin ilk günündə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, regional mədəniyyət idarəsinin rəisi Elçin Nəcəfov və sahibkar Azad Əliyevin daxil olduğu nümayəndə heyəti Kiryat Bialik şəhərinin meri Eli Dukorski ilə görüşüb. Görüşdə icra hakimiyyətinin başçısı Nahid Bağırov İsrail Dövlətinin elan olunmasının 74 illiyi ilə əlaqədar Kiryat Bialik şəhərində təşkil ediləcək bayram tədbirlərinə dəvət üçün təşəkkürünü bildirib, İsrail-Azərbaycan əlaqələrinin əhəmiyyətindən danışıb.

Görüşdə, habelə İsmayıllı və Kiryat Bialik şəhərləri arasındakı qardaşlıq münasibətlərindən bəhs olunub, qarşılıqlı əlaqələrin hər iki şəhər üçün perspektivləri, birgə reallaşdırılacaq layihələr müzakirə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti İsmayıllı rayonunun Mücəftaran kəndindən olan, Kiryat Bialik şəhərində yaşayan bir qrup azərbaycanlının iştirakı ilə rejissor Rüfət Əsədovun çəkdiyi "Əgər səni unutsam, Yerusəlim" filminin təqdimat mərasimində iştirak edib. Görüş iştirakçıları Azərbaycan tarixinin, mədəniyyətinin təbliği istiqamətində gördükləri işləri diqqətə çatdırıb, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan inkişaf-quruculuq işlərini yüksək qiymətləndirdiklərini, habelə 44 günlük Vətən müharibəsində əldə olunan Qələbənin bütün azərbaycanlılar kimi, onların da sevincinə səbəb olduğunu diqqətə çatdırıblar.

Nümayəndələr mayın 4-də İsrailin milli bayramı - Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə iştirak ediblər.


Etiketlər:  İsmayıllıdan olan nümayəndə heyəti İsrailin Kiryat Bialik şəhərinə səfər edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ