Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Berlindən olan tələbə səssiz avtobuslar üçün vahid səs işləyib hazırlayıb

Berlindən olan tələbə səssiz avtobuslar üçün vahid səs işləyib hazırlayıb

Tarix: 6 May 2022 21:34

Elektromobillərin və xüsusilə də elektriklə işləyən avtobusların səsi olduqca zəifdir. Hətta səssizlikdə belə onların yaxınlaşmasını eşitmək çətindir. Bəs, hər cür səs-küyün itib-batdığı şəhər çaxnaşması! Bəziləri deyəcək ki, səssiz avtobuslar yaxşıdır, şəhər səs-küyündən daha az başağrısı olar. Lakin bu, bir tərəfdən də gözdən əlil piyadalar üçün təhlükə deməkdir. Ümumiyyətlə, yan-dövrəsinə baxmayan, fikri yayınan hər kəsə aiddir. Bu, elə uşaqlara da, qocalara da, velosiped sürənlərə və bütün piyadalara da aiddir. Hətta yolda səsə öyrəşən sürücülər elm və texnika yenilikləri ucbatından pis vəziyyətə düşə və yol-nəqliyyat hadisəsi ilə üzləşə bilərlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu günlərdə Almaniyanın nəqliyyat şirkətləri assosiasiyasının vitse-prezidenti Verner Overkamp öz mövqeyini belə ifadə edib: "Avtobusların belə sakit olması bir tərəfdən bəladır".

Buna görə də AFR-in nəqliyyat şirkətləri indi elektriklə işləyən bütün avtobuslar üçün vahid süni səs yaradılması barədə qərara gəliblər və belə bir müsabiqə keçiriblər. Berlin Universitetinin tələbəsi Lukas Esser tərəfindən işlənib hazırlanan səs qalib adını qazanıb.

Milli.Az


Etiketlər:  Berlindən olan tələbə səssiz avtobuslar üçün vahid səs işləyib hazırlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ