Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynada daha bir azərbaycanlı zabit yaralandı

Ukraynada daha bir azərbaycanlı zabit yaralandı

Tarix: 7 May 2022 12:28

Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı zabiti yaralanıb.

Vinnitsa Azərbaycan Cəmiyyətinin rəhbəri Əliş Səfərovun report-a verdiyi məlumata görə, bu, əslən Azərbaycanın Ağdam rayonundan olan Əliyev Ruslan Müslim oğludur.

O, Ukrayna ordusunun baş leytenantıdır, Ukrayna vətəndaşıdır və Donbas istiqamətində yaralanıb. Hazırda R.Əliyev Vinnitsa vilayət xəstəxanalarının birində müalicə alır.

"Vəziyyəti normaldır. O, və digər burada yaralı yatan azərbaycanlı Ukrayna ordusu əsgəri Əliyev Raqif bizim də nəzarətimizdədir. Növbəti dəfə bu gün baş çəkəcəyik", - Ə.Səfərov əlavə edib.

Milli.Az


Etiketlər:  Ukraynada daha bir azərbaycanlı zabit yaralandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ