Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2022 10:50
Türkiyəli müğənni Gülbən Ərgənin başına iş gəlib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, Düzcedə səhnə alan ifaçı ikinci mahnısını ifa edərkən ayağı libasına dolaşdığı üçün müvazinətini itirərək yerə yıxılıb. Bu əsnada o, huşunu itirib.
İlkin məlumata görə, Gülbənin təzyiqi düşdüyü üçün ürəyi gedib. 20 dəqiqə davam edən müdaxilənin ardından özünü yaxşı hiss edən sənətçi yenidən səhnəyə çıxıb.
Bundan sonra yenidən vəziyyəti pisləşən Gülbən ambulansla xəstəxanaya aparılıb, konserti isə ləğv olunub.