Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2022 12:30
İbadət yerləri və ziyarətgahlara qadınlar da rəhbər təyin edilə biləcək. Bu din xadiminin təyin olunması qaydalarında öz əksini tapıb. Millət vəkili Ceyhun Məmmədov "XəzərXəbər"ə bu dəyişikliyin önəmi və prosesdə şəffaflığın necə təmin olunacağından danışıb.
Yeni qaydalara əsasən ibadət yerlərinə qadın din xadimləri də təyin oluncaq.. İbadət yerləri və ziyarətgahlara din xadiminin təyin olunması qaydası müəyyənləşib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov bildirib ki, "Dini etiqad azadlığı haqqında " Qanuna dəyişiklik edilib. Bu qanuna əsasən artıq dini ibadət yerlərinə din xadimlərinin təyin olunması Dini Qrumlarla İş üzrə dövlət komitəsi tərəfindən həyata keçiriləcək. Millət vəkili qeyd edib ki, yeni qaydalarda konkret mexanizmlərin olması şəffaflığı təmin edəcək.
Ceyhun Məmmədov bildirib ki, əvvəlki qaydalardan fərqli olaraq dini ibadət yerlərinə qadın din xadimləri də təyin oluncaq.
Orta və ali din təhsili , dini biliklər, dünyagörüş bunlar tələb olunan şərtlər sırasındadır. Növbəti mərhələdə də atestasiyaların keçirilməsinə başlanacaq deyə millət vəkili əlavə edib.