Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“The Telegraph”: ''Avropa kurortları müflis olur''

“The Telegraph”: ''Avropa kurortları müflis olur''

Tarix: 8 May 2022 14:16

"Avropanın istirahət mərkəzləri rusların olmaması səbəbindən çətin günlər yaşayır".

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə "The Telegraph" nəşrinin köşə yazarı Nik Skvayrs yazıb.

Qeyd olunub ki, rusiyalı turistlərdən asılı olan istiqamətlər böyük maliyyə itkiləri ilə üz-üzədir. Jurnalistin aydınlaşdırdığı kimi, bu ölkədən gələn turistlər adətən Avropa kurortlarında külli miqdarda pul xərcləyirdilər.

"Turizm sənayesi iqtisadiyyatının dörddə birini təşkil etdiyi üçün Kipr ən çox zərər çəkəcək. Respublika Otellər Assosiasiyası indi rusların yoxluğunu kompensasiya etmək üçün Böyük Britaniya, Skandinaviya, Almaniya və İsraildən istirahət edənləri cəlb etmək üçün tədbirlər görür.

Oxşar vəziyyət İtaliya, Çexiya və Fransada da yaranıb. İllərdir rus turistləri, yaxta sahiblərini və mülk alıcılarını cəlb edən Monteneqro da zərbə alıb. İndi ölkənin gələcəyi qeyri-müəyyən olaraq qalır"- deyə, məqalədə deyilir.


Etiketlər:  Telegraph Avropa kurortları müflis olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ