Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kann festivalından rusiyalı jurnalistlərlə bağlı qadağa

Kann festivalından rusiyalı jurnalistlərlə bağlı qadağa

Tarix: 9 May 2022 15:30

Bu il Kann Film Festivalı bir sıra rusiyalı jurnalistlərə akkreditasiyadan imtina edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki,  bundan əvvəl festivala qatılan jurnalistlər bunla bağlı şikayət ediblər. Bildirilib ki, ilk dəfədir bu cür halla qarşılaşırlar. Buna səbəb isə Rusiyanın Ukraynaya hərbi hücumudur.

Festivalın mətbuat xidmətinin rəhbəri Aqnes Leroy onlara izah edib ki, Kannda "Rusiya ilə Ukrayna arasında münasibətlərin yaxşılaşacağını gözləyirdilər", lakin bu hələ baş verməyib. Festivalın başlamasına isə iki həftədən çox vaxt qalıb. Buna görə də bütün rusiyalı jurnalistlərdən imtina etmək qərara alınıb.

Əlavə edilib ki, festivala qatılacaq jurnalistlər Ukraynaya olan hücumla bağlı mövqeyə əsasən təsdiqlənib. "Cinemaholics"in qurucusu Ekaterina Karslidi də öz tvitində Kann festivalının təşkilatçılarının onun məktublarına məhəl qoymadıqlarını yazıb.


Etiketlər:  Kann festivalından rusiyalı jurnalistlərlə bağlı qadağa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ