Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2022 16:00
Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Məryəm ötən gün ölkədəki dəbdəbəli restoranlardan birində görüntülənib.
Baş nazirin qızının restoranda peyda olması ölkədəki etirazçıların da gözlərindən yayınmayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkənin erməni seqmentində yer alan məlumatlarda deyildiyi kimi, restoranın ətrafında toplanan bir qrup müxalif fəal "Məryəmə və onun atasına erməni xalqı adından salam deyib".
Həmçinin etirazçılar "türklərsiz Ermənistan!" şüarı da səsləndiriblər.
N.Paşinyanın qızı Məryəm isə bütün bunlara məhəl qoymayaraq, sakit tərzdə restoranda əyləşməyə davam edib.