Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ondan uzaqlardayam artıq''

''Ondan uzaqlardayam artıq''

Tarix: 9 May 2022 16:20

"Yol yoldaşını doğru seçənlər heç zaman yol yorğunu olmazlar. Belə bir yol yoldaşıyla isə heç yolumuzda daş da olmadı. Birgə gözəl yollar qət etdik, yeni yerlər kəşf etdik, yaradıcılığımın ekrana daşıdığım hissələrində də öz "rolunu" oynadı. Bəlkə də artıq özünə yeni yol yoldaşı tapmağın vaxtıdır. Çünki, mən də ondan uzaqlardayam artıq".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri Baliyə köçən müğənni Çingiz Mustafayev yazıb. O bildirib ki, uzun zamandır istifadə etdiyi avtomobilini satmağa qərar verib:

"Bu gözəl yol yoldaşımı, "Jeep"imi auksiyon qaydası ilə dinləyicilərimdən birinə satmağı qərara almışam".

Qeyd edək ki, sənətçi bir müddətdir Baliyə köçüb, orada fəaliyyət göstərir.

Milli.Az


Etiketlər:  Ondan uzaqlardayam artıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ