Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2022 18:54
Avropa diplomatiyasının rəhbəri Jozep Borrelin Rusiyanın dondurulmuş valyuta ehtiyatlarının çıxarılması və Ukraynanın bərpasına göndərilməsi təklifi qanunsuzdur və Avropaya etimadı sarsıdır.
Sonxeber.net TASS-a istinadən bildirir ki, bunu jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
"Bu, beynəlxalq münasibətlərin bünövrəsinin məhvidir və bu qərarlar qəbul edilərsə, avropalıların özlərinə, maliyyə sisteminə zərbə vuracaq, Avropaya və ümumilikdə Qərbə olan inamı sarsıdacaq, çünki bu, tam qanunsuzluqdur və daha doğrusu, cəngəllik qanunudur", - o dedi.
"Ona görə də çoxlu sayda ölkə Rusiya ilə birlikdə beynəlxalq hüquq əsasında dünya nizamını müdafiə edəcək", - Qruşko vurğulayıb.
Aslan Məmmədov