Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Romada donuz taunu narahatlığa səbəb olub

Romada donuz taunu narahatlığa səbəb olub

Tarix: 9 May 2022 20:40

İtaliyanın paytaxtı Romada ölən bir donuzda Afrika taunu aşkar edildikdən sonra piknik yerləri qadağan olunub, zibil qutuları hasarlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, səhiyyə orqanları vəba aşkar edildikdən sonra çöl donuzu populyasiyasını məhdudlaşdırmaq üçün tədbirlər görməyə başlayıb. Romanın şimalında müxtəlif bölgələrdə piknik yerləri qadağan edilib. Heyvanlara yem vermək və ya onlara yaxınlaşmaq da qadağan olunub. Təsirə məruz qalan bölgələrdəki əkinçilik əraziləri və qoruqlardan keçənlərdən ayaqqabılarını dezinfeksiya etmələri xahiş olunub.

Donuzlar üçün ölümcül, lakin insanlar üçün zərərli olmayan Afrika taunu İnsugerata təbiət qoruğunda ölü donuzun bədənində aşkar edilib. Bu, yanvar ayında İtaliyanın şimalındakı Piedmont bölgəsində aşkar edilən ilk hadisədən sonra ölkənin mərkəzi regionunda oxşar hadisə kimi qeydə alınıb.

Roma və ətrafında təxminən 23 min çöl donuzunun yaşadığı bildirilir.

Milli.Az


Etiketlər:  Romada donuz taunu narahatlığa səbəb olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ