Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2022 03:24
Hindistanda Analar Günündə açıqlanan milli ailə sağlamlığı araşdırmasına görə, ölkədə doğum nisbəti kəskin şəkildə aşağı düşüb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, beş il əvvəl açıqlanan məlumatlarla müqayisədə, rəqəm 2,2-dən 2-dək azalıb. Halbuki, 1950-1960-cı illərdə hər bir hindistanlı qadına təxminən altı doğum düşüb.
Qeyd edək ki, 1970-ci ildən Hindistanda "İki nəfərə iki uşaq" adlı doğuşa nəzarət proqramı fəaliyyət göstərir. Bununla belə, ölkədə əhalinin aylıq artımı təxminən 1 milyon nəfər təşkil edir.
Məhz bu səbəbdən də Hindistan hökuməti doğum nisbətini azaltmaq və ya məhdudlaşdırmaq üçün proqramları ləğv etmək niyyətində deyil.