Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2022 13:08
Haitidə içərisində 8 Türkiyə vətəndaşının da olduğu sərnişin avtobusu qaçırılıb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı "TRT Haber" yayıb.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, ölkə hazırda məsələni yaxından izləyir.
O bildirib ki, bununla bağlı Haitidə "böhran masası" yaradılıb.
İlkin məlumata görə, sərnişinlər müqabilində pul tələb olunacaq.