Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əllidən çox ölkədə COVID-ə yoluxma artır

Əllidən çox ölkədə COVID-ə yoluxma artır

Tarix: 11 May 2022 09:44

Dünyanın 50-dən çox ölkəsində koronavirusa yoluxma hallarının sayı artır və bu artım "omikron" ştammının alt növlərindən qaynaqlanır.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

"50-dən çox ölkədə yoluxma hallarının artması bu virusun gözlənilməzliyindən xəbər verir", - deyə ÜST rəhbəri bəyan edib.

O, vurğulayıb ki, qlobal miqyasda dominant "omikron" variantının BA.2 alt növüdür. Eyni zamanda, yoluxmanın artmasında BA.4 və BA.5 alt növlərinin də rolu var.


Etiketlər:  Əllidən çox ölkədə COVID yoluxma artır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ